Tərkibi:
1,5 fincan un
1/2 st. şəkər tozu
1,5 paket qabartma tozu
3/4 st. xama
1/2 ç.q. duz
1/4 st. süd
2 yumurta
2 ç.q. vanilli şəkər tozu
1/4 st. əridilmiş kərə yağı
200 q xırda şokolad (damla)
Un, duz, şəkər tozu və qabartma tozunu qarışdırın.
Başqa qabda xama, süd, yumurta və vanili qarışdırın. Ərinmiş yağı əlavə edin. Qarışdırıb un qarışığını əlavə edin.
Şokoladı (bütövdürsə, bıçaqla doğrayın) əlavə edib qarışdırın.
Formalara paylayın.
190 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.
Nuş olsun!