Ərzaqlar:
2 ədəd sırok
2 ədəd bişmiş kök
2 ədəd marinadaya qoyulmuş xiyar
200 qram bişmiş mal əti
1 banka marinadaya qoyulmuş şampinyon göbələkləri
2 ədəd bişmiş kartof
1 ədəd soğan
3 ədəd bişmiş yumurta
mayonez,
duz, istiot
göyərti
Hazırlanma qaydası:
Salat boşqabda lay-lay düzülür.
Dərin boşqabın içinə bitki yağı çəkib, şampinyon göbələklərini başı aşağı düzün. Soğanı yarımhalqa şəklində doğrayıb, üstünə su ilə qarışdırılmış sirkə tökərək, kənara qoyun. Sonra turşuya qoyulmuş soğanı sıxıb, üstünə mayonez tökərək, şampinyon göbələklərin üzərinə əlavə edin.
Bişmiş kökü sürtkəcin iri gözündən keçirib, salatın üzərinə əlavə edin. Sonra marinadaya qoyulmuş xiyarı nazik dairəvi şəkildə doğrayıb, layın üzərinəəlavə edin. Üstündən mayonez çəkməyi unutmayın.
Bişmiş mal ətini xırda-xırda doğrayıb, salatın üzərinə tökərək, üstündən mayonez çəkin. Sonra sürtkəcdən keçirilmiş sıroku layın üzərinə bərabər şəkildə səpib, üstündən mayonez çəkin. Salatın üzərindən sürtkəcdən keçirilmiş kartofu töküb, üstündən mayonez çəkin. Bişmiş yumurtaları təmizləyib, xırda-xırda doğrayaraq, salatın üzərinə tökün.
Hər layın üzərindən (sırok və marinadaya qoyulmuş xiyardan başqa) bir az duz və istiot səpməyi unutmayın. Salatı 12 saat ərzində soyuducuda saxlayın. Sonra salatı soyuducudan çıxarıb, başqa bir boşqaba səliqəli formada çevirin.
Salatı süfrəyə verərkən, öz zövgünüzə görə doğranılmış xiyar və göyərti ilə bəzəyə bilərsiz.
Nuş olsun!