Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Suzananın mətbəxindən :  Kola piroqu

Suzananın mətbəxindən : Kola piroqu

Suzananın mətbəxindən :  Kola piroqu


Tərkibi:

150 q un
2 yumurta
100 q ərinmiş kərə yağı
150 q şəkər tozu
3 dolu x.q. kakao tozu (2-si xəmirə, 1-i qlazura)
50 q şəkər pudrası (qlazura)
"Koka-kola" (0,5 st. xəmirə, 3 x.q. - qlazura)
2 ç.q. qabartma tozu

Un, şəkər tozu, qabartma tozu və 2 x.q. kakaonu qarışdırın. Yumurta əlavə edin. Sonra ərinmiş kərə yağı, ardınca isə "Kola"nı qatıb qarışdırın.
Formaya perqament döşəyib xəmiri tökün.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. 25 dəqiqə sobanın qapağını açmayın. Sonra isə bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın, lazım gələrsə, bir qədər də bişirin.

Piroqu çıxarıb soyudun.

Qlazur: kakao, şəkər tozu və "Kola"nı yaxşıca qarışdırın, piroqun üzərində bıçaqla kəsiklər edin, qlazuru üzərinə çəkin.

Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ