270 q un 1 x.q. qabartma tozu 150 q şəkər tozu 1 paket vanilli şəkər tozu 1 çimdik darçın 60 q qoz 2 banan 160 q ananas konservi 60 ananas şirəsi (konservin siropu) 2 yumurta 160 ml bitki yağı 1 çimdik duz
bəzək: 150 q araxis 200 q şəkər tozu (32 x 22 sm ölçüdə düzbucaqlı forma üçün)
Ələnmiş unu qabartma tozu, darçın, duz, şəkər tozu və vanilli şəkər ilə qarışdırın. Qozu, ananas və bananı bıçaqla xırda doğrayın. Yumurtaları bitki yağı ilə şişənədək, mikserlə təxminən 7-10 dəqiqə çalın. Bunu un qarışığına qatın, qozla meyvələri əlavə edin, ananas şirəsini də qatıb qaşıqla eynicinsli kütlə alınanadək qarışdırın. Əgər xəmir çox qatı alınarsa, bir qədər də ananas şirəsi əlavə edin. Formaya perqament döşəyin. Xəmiri töküb hamarlayın. 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Bişməyə 10 dəqiqə qalmış yanmaması üçün üzərinə folqa çəkə bilərsiniz. Korju formada bir qədər soyutduqdan sonra çıxarıb şəbəkənin üzərinə qoyun. Tam soyuyandan sonra iki korja bölün.
Krem üçün qaymağı şəkər pudrası və darçınla çalın. Şəkər pudrasını zövqə görə qata bilərsiniz. Amma unutmayın ki, bəzək üçün araxis karamellə olacaq. Yəni çox şirin alına bilər. Korjların arasına krem çəkib üst-üstə qoyun, tortun kənarlarına və üstünə də krem çəkin. Araxisləri quru tavada yüngül qovurun (çox qovurmayın, şəkər karamel olunca yana bilər). Şəkər tozu tökün, ocağı azaldın, şəkər tozu əriyib karamelə dönənədək bişirin. Aradabir qarışdırın. Perqamentin üzərinə yayıb soyudun. Sonra tortun üzərini bəzəyin.