Tərkibi:
500 q qat-qat xəmir
1 yumurta (üzərinə çəkməyə)
iç:
istənilən ət
yumurta
pendir
şirin xardal
xama
paprika
digər sevdiyiniz ədviyyat
İç üçün istənilən (mal, qoyun, toyuq) əti götürə bilərsiniz. Bişirib soyudun, xırda doğrayın, sürtgəcdən keçirilmiş bişmiş yumurta, sürtgəcdən keçirilmiş pendir, şirin xardal, bir qədər xama, paprika və sevdiyiniz digər ədviyyat, duz-istiot vurub qarışdırın.
Xəmiri 12 kvadrata bölün.
Keks üçün formalara qoyun. Dibini çəngəllə deşin.
İç qoyun. Xəmirin kənarlarına çalınmış yumurta çəkin, için üzərinə təpəcik kimi sürtgəcdən keçirilmiş pendir qoyun.
180-200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə, hazır olanadək bişirin.
Nuş olsun!