Sən yarımın qasidisən Əyləş sənə çay demişəm,
Xəyalini göndəribdir bəs ki, mən ax-vay demişəm,
Ax gecələr yatmamışam mən sənə lay-lay demişəm,
Sən yatalı mən gözumə ulduzları say demişəm.
İndi gözlərində deyiləm, ağla istəsən
Birdə soyuq yanaqlarını islatmayacam
Röyama gələ bilməyəcəksən, yoxla istəsən
Yuxuma girmiyəsən deyə, bu gecə yatmıyacam
Toxumadı, and içirəm heç bir özgə zülfə əlim
İndi yoxluğundu mənə, yazdıran hər qəzəli
Düzdü gözəldi sevmək, toxunmadan amma
Görmədən sevməkdi, sevgilərin ən gözəli
Ayrıldıq o gün, mən tələsdim həmin gün
Yağış yağdı küləklərdə əsdi həmin gün
O gün ayrıldı kədərli bir qadınla bir kişi
Kişi şair oldu, qadın saçını kəsdi həmin gün
Bu sevgi bitdi geriyə xatirən qalır
Soruşan olsa deyərsənki, taleyimiz beləymiş
Gedirəm indi vidalarımı bircə-bircə yanıma alıb
Düz demişdim elə: Yolçu yolda gərəkmiş
Barışmadım. Yoxluğunla barışmadım.
Ağrılara alışdım da, yoxluğuva alışmadım.
Sənlə ağlamadıq heç, gülmədik, danışmadıq,
Bakının küləklərinə qarışmadıq.
Baxışların, hüzün dolu baxışların,
Dəniz gözlərindən axan soyuq payız yağışları.
Sən bir ömür xalçasının ən gözəl naxışları,
Sən mənə əbədi bahar olan bir ömür bağışladın.
Bilirdim, yoxsan, olmamısan heç,
Hər səhər yollarında boşdur axtarışlarım.
Bir xəyalı sevmişəm, nə o qızıl saçlar olub,
Nə o mavi gözlər, nə də ki Yağış qadın.
Uzağın da bir adı var, bu dünyanın yaxşı, pisi,
Doğması var, həm yadı var.
İllər ötdü, keçdi, durnalar da köçdü, getdi, bax,
Bakını sevmək kimi idi vurulmaq bir qadına.
Dərdlərindən ilham alıb saçlarına qarışmaq,
Ağrısını sevmək onun, acılarına alışmaq.
Xatirələr gülümsədir, ağladır, üzür hərdən,
Yağışlı yollarda axtarır səni gözüm hər dəm.
Bahar da gəldi keçdi…
Bilirsən noyabrı, səngimir heç yağışlar.
Gözüm yol çəkir yenə, piyadalar, maşınlar,
Getdiyin o yollarda bitmədi axtarışlar.
Mən ipək saçına toxunmağa belə qıymaz ikən
Aç qızıl şanələrini indi küləy sığallasın.
Arxasıyca bir şeir yazdırır hər çıxıb gedən,
Bir qadın tap ki mənə, anamdan çox ağlasın.
Barışmadım. Yoxluğunla barışmadım.
Ağrılara alışdım da, yoxluğuva alışmadım.
Sənlə ağlamadıq heç, gülmədik, danışmadıq,
Bakının küləklərinə qarışmadıq.
Baxışların, hüzün dolu baxışların,
Dəniz gözlərindən axan soyuq payız yağışları.
Sən bir ömür xalçasının ən gözəl naxışları,
Sən mənə əbədi bahar olan bir ömür bağışladın.
Bilirdim, yoxsan, olmamısan heç,
Hər səhər yollarında boşdur axtarışlarım.
Bir xəyalı sevmişəm, nə o qızıl saçlar olub,
Nə o mavi gözlər, nə də ki Yağış qadın.
Hər kəs sənə ulduz deyə, özüm sənə ay demışəm,
Səndən sonra həyatə mən, şirindisə, zay demişəm.
Hər gözəldən bir gül alıb sən gözələ pay demişəm,
Sənin gün tək batmağıvı ay batana tay demişəm
İndi yaya qış deyirəm, sabiq qışa yay demişəm,
Gah toyunu yadə salıb, mən dəli nay nay demişəm,
Sonra yenə yasə batıb ağları hayhay demişəm,
Ömrə sürən mən qara gün ax demişəm vay demişəm.