Ən asan həyat - ölmək, ən çətini isə yaşamaqdır. ..
Ən asan həyat - ölmək, ən çətini isə yaşamaqdır. Doğulmaq – bədbəxtlik, yaşamaq - əzab, ölmək – kədərdir Həyat yolunda nə qədər çox getsən yolunu azdığını görəcəksən. Iki dəfə yaşamaq mümkün deyil, amma elələri var ki, onlar heç bir dəfə belə yaşaya bilmirlər. Həyatdan heç zaman küsməyin, axı onun fərqli olacağını sizə heç kəs vəd etməmişdi. Həyatın böyük bir qismi səhvlərdən ibarətdir, yerdə qalanı isə bu səhvləri düzəltmə cəhdindən. İnsan həyatı bir kibrit qutusuna bənzəyir. Onunla ciddi davranmaq gülməli gələr. Ciddi davranmarsan təhlükəli olar.