Ayrılıq məktubun acıb baglama
Bu qədər ürəkdən yanıb aglama
Məni basqasına dəyisdin artıq
Gedirəm əlvida məni saxlama
Acarkən məktubu ehtiyatlı ol
Yazarkən bir damla goz yasım axıb
Gözümdə böyütdüm səni gormədən
Xəyanət gor məni gor necə yıxıb
Susdum susaraq sevməyi bacardım
Qəlbimə daş basıb dayandım necə
Bilirsən nə cəkdim nə cəkdim bilsən
Agladım mən hərkəs yatanda gecə
Əlvida sevgilim son məktubumdu
Bir daha sən məni görməyəcəksən
Qelbimi əmanət eylədim sənə
Bilirəm bir daha dönməyəcəksən
Müəllif : Cəfərova Vüsalə