Bir kisi sevərsə ürəkdən sevər
Deməyin kişinin yoxdur sevgisi
Kişilər ağlamaz deyirlər sözdə
Bilinki hər zaman vardır bilgisi
Bir kişi qadını sevərsə əgər
Məhkumluq zəncirin taxar qəlbinə
Hamiya sevmirəm unutdum desə
Göz yaşı şərabtək axar qəlbinə
Bir kişi göz yaşın tökərsə əgər
Uzaqda həsrətlə gözlədiyi var
Gecələr yatmayıb səhərə qədər
Soraqdan-sorağa izlədiyi var
Müəllif:Cəfərova Vüsalə