Əllərin nə yaman soyuqdur gülüm?
Əllərin elə bil qar çiçəyidir
Ay aman,əlində dondu ki,əlim
Əllərin əlimin buz əlcəyidir.
Biz ki cənubluyuq,bu soyuq hardan?
Gərək külümüzdə soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq
Gərək əlimiz də soyuq olmasın
Oddan yoğrulmuşuq,atəşik axı
Qəlbimiz duyğular tonqali kimi
Yanağın elə bil alov dilimi
Əllərin bir taxta yonqari kimi
Əllərin nə yaman soyuqdur gülüm?
Niyə bu soyuğu indi duymuşam?
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əlləre neçə qoymuşam?
Ay üzübaharli,əli qış sonam
Gileyim gülməli gəlməsin mənim
Qorxuram sevgidə soyumagin da
Əlindən başlaya,əlindən sənin
Əllərin nə yaman soyuqdur gülüm?