YAZIR... dəyanmadan sevgidən yazır.
Düzdür ki, deyiblər eşq baxmaz yaşa,
Amma axıradək getmirlər başa.
Məhəbbət olubdur, vallah, tamaşa,
BAXIR... çoxu elə bilmədən baxır.
Uşaqda söyləyir "sevirəm" deyə,
Məcnunam, sığmıram nə yerə, göyə.
Budur mentalitet,budur tərbiyə ,
AZIR... öz yolunu dinmədən azır.
Sözlərim aiddir bəzi insana ,
Qurbanam nöqsandan kənar olana.
Sözümdən nə inci, nə məni qına,
ÇATIR...söz ünvana, kəlmədən catır.
Sevgi birce anliq hiss deyil bala,
Nəzər sal kecmişə, nəzər sal dala.
Kərəm oda düşür, Fərhadsa qala,
YARIR...dağ - dərəni eşqindən yarır.
Seymur söz söyləyər söz olan dəmdə,
Harda nə deyəcək bilər yerində,
İndiki bu vaxtda, bax bu mühitdə,
ALIR ...coxu eşqi puluyla, alır.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV