Payızı yox eylə ,qışı yox eylə,
Bir şirin kəlam de, şirin söz söylə.
Deyəcəm qəlbimdən keçəni belə,
Gəl mənim ömrümə, bir bahar kimi.
...
Yağış ol,damlana islanım özüm,
O,ipək telinə mən çələng hörüm.
Deməyə o qədər varımdı sözüm,
Gəl mənim ömrümə bir bahar kimi.
...
Başına çəkmisən örpəyi, şalı,
Qəlbimə qoymusan sən adlı xalı.
Nolar, rəhm eylə bir kərə barı,
Gəl mənim ömrümə bir bahar kimi.
...
Qəlbimdə istəyim çağlayar coşar,
Könül səni istər, səni arzular.
Külək ol, əsginən lap tufan qopar,
Gəl mənim ömrümə bir bahar kimi.
...
Baxım, o gözlərə, duyum ətrini,
Astaca, aramca tutum əlini.
Qışda gəl yox eylə çovğunu, çəni,
Gəl mənim ömrümə bir ,bahar kimi.
...
Gözlərəm yolunu, ümüdüm mənim,
Yetişki, yox olsun kədərim, qəmim.
Diləyi tək budur Seymur Sönməzin,
Gəl mənim ömrümə bir ,bahar kimi.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV