Səndən şeir ətri gəlir
Duyum çəkim ürəyimə
Səndən sevgi ətri gəlir
Şəfəq saçır günlərimə
Bihuş edir qoxladıqca,
Ağlım alır boylandıqca
Vüsalına çan atdıqca,
Əl edirəm həsrətimə.
Misraların mən söylədi,
Yazılar bir bəhanədi,
Sormaginən bu eşq nədi,
Yazılmısan qismətimə.
Səndən şeir ətri gəlir,
Yazıldıqca sətir-sətir,
Sönməzdən bir işarədir,
Baxa bilsən gözlərimə.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
09.11.2016