Dilənçi deyiləm amma qapına
Gəlmişəm eşqinin yolçusu kimi.
Vuruldum səndəki gözə,qaşına,
Bir ahu ceyranın ovçusu kimi.
Sevmək günah deyil,batıb günaha
Tökəm qüsulumu alam dəstamaz.
Çox açı çəkənlər inan Allaha
Görmüşəm eşqidə olub əlçatmaz.
O,Günəş qızıdı,mənsə Ay oğlu,
Gecələr günəşim,gündüz ayıyam.
Əgər günahdırsa sevmək el oğlu,
Eldə dar ağacından asılmalıyam.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV