Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gördünmü haqlayıb bəm zirvələri

Gördünmü haqlayıb bəm zirvələri

Gördünmü haqlayıb bəm zirvələri


Dərd nə bilməyən nə qanar axı,
Açıdan odlanan qəm çəkənləri.
Kənardan qəribə gələr olara,
Ömürü ötən yelə kəm verənləri.


Dünyanın ağrısı açısın çəkmək
Eşqi dadmıyan kəs nə bilər sevmək,
Dünən yalan yerə vəd verib getmək,
Bu gün isladıbdır nəm ümüdləri.


Yaşamaq çox çətin indiki vaxtda,
Tülkü əyləşibdi hansısa taxtda,
Müasir olubdu daha yaltaqda,
Eynəknən qarşılar cəm görənləri.


Həyat qəribədir nöqsan içində,
Dolanır şeytanlar mələk cildində,
Yolda gicəllənib yıxılan görəndə,
Sərxoşdu sanırlar dəm gəzənləri.


Seymur çox danışma bu qədər belə,
Deməyin əbəsdir sus dinmə hələ,
Düzəsən nə qədər dənləri telə,
Gördünmü haqlayıb bəm zirvələri.



MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
28.10.2016








Jessica от 29 oktyabr 2016 13:20
Elernize uryeinze saliq heqiqeten realiq var seirde tuklukler oturub taxt bawinda acinda basi gicelenib yixilanlari sexow sayilar bu dunyanin axri hara gedecek
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ