Yalanlar var imiş sözündə sənin,
Nə bilim saxtaymış eşq məhəbbətin,
Söylə neçə kecir, mənsiz günlərin,
RAHATSAN...?
Bir azça söhbət et bilim.
Qoymadın yolumla dolaşım gəzim,
Sevməzdim bəlkədə heç görməsəydim,
Qəlbimi oyunçaq sanıb əyləndin,
DUYURSAN...?
Bir azça söhbət et bilim.
Nə əldə eylədin bilmirəm məndən,
İnanıb secmişdim özümə həmdəm,
Yuxuma gəlmişdin dedim gedəndən,
NAĞAYRISAN...?
Bir azça söhbət et bilim.
İndi mənim üçün yad oldun səndə,
Şəhərdən yön aldım,bir yolluq kəndə,
Yadıma ara bir hərdən düşəndə.
MARAQSAN...?
Bir azça söhbət et bilim.
Bənzətdim görəndə huri mələyə ,
Unutmaq asantdı dildə deməyə ,
Yenə axşam-axşam girib ürəyə,
QONAQSAN...?
Bir azça söhbət et bilim.
Gəl bir az çiddi ol,bir azda mətin,
Olmasın bax indi cıxıb getməyin,
Gör Seymur düşünüb nələr istədin,
XƏYALSAN...?
Bir azça söhbət et bilim.
Müəllif : Seymur Sönməz Paşayev
07.10.2015