Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
KƏNAR QALINCA

KƏNAR QALINCA

KƏNAR QALINCA




Kənar qalınca...


Sən varsan həyatım rəngarəng gözəl,
Xüsusi yerin var qəlbimdə özəl.
Kaş səni tanıya biləydim əzəl,
Cəkəydim sacına tumar, aramca.


Ayrılıq oduna yanmayaydım heç,
Deyərdim ömrümə,gəl qəlbimə köç.
Edərdim bir xahiş,bir qərar sən seç,
Məni məndən aldın xumar,baxınca.


Tənha bir aşiqəm eşqdə yox tayım,
Səni xəyalımda duyum arayım.
Sənsizlik olubdur təkçə nöqsanım,
Bax budur çəkdiyim qubar,anınca.


Ay illər,günbəgün,həftələr keçir,
Sevgim heç bir zaman bitmir,tükənmir.
Bir bilsən,bu Seymur sənsiz nə çəkir,
Sən ondan geridə,kənar qalınca.





MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ