Nə qədər saxtalıq olar həyatda,
Nə qədər sifətlər boyanıb ALLAH.
Mələk kim şeytan kim gəzir libasda,
Nə qədər ürəklər talanıb ALLAH.
Sevgi bir xəstəlik azar olubdu,
Könül kam almamış bezar olubdu,
Görən dünyanınmı axrı olubdu,
İnsanlar odlanıb qalanıb ALLAH.
Məcnunlar coxalıb,Məcnunlar artıb,
Əsil var olanlar yer altda yatıb,
Bir ,,pasan"genəlib dünyanı qatıb,
İrişə- irəşə dolanıb ALLAH. Ad yaza bilmiyən oturub taxtda,
Əlində sənəti diplomu saxta,
İndiki dövürdə indiki vaxtda,
Caqqallar meydanda coxalıb ALLAH . Qəribə dövrana gəlib cıxmışıq,
Düz yolda büdrəyib bəzən azmışıq,
Baxıb haqsızlığa susub durmuşuq,
Tüstümüz səmaya qarışıb ALLAH. Kimisi həvəskar kimisi yazır,
Kİmisi dost deyib,əyağın qazır,
Kimisi xətt cəkib üstünü cızır,
Kİmi məzarlıqdan boylanıb ALLAH. Əyriyə düz deyib,haqqı əzən cox,
Köməklik edənə deyirlər ki lox,
Bunlarin sahibi yiyəsimi yox,
Bunlar şeytandanmı törənib ALLAH. İnsanlıq adından gendə qalanlar,
Dillərdə oyuncaq olub imanlar,
Sənə kömək ücün,əlin acanlar,
Görən bircə kərə utanıb ALLAH. Bağışla coşaraq cağladım yaman,
Sənsən bu bəşəri qurub yaradan,
Satılır dükanda müqəddəs Quran,
Üstündə qiymətdə yazılıb ALLAH. Seymuram bilmirəm nolacaq halım,
Hec kimə qalmayıb daha gümanım,
Sənsən üz tutası ümüd pənahım,
Əllərim tək sənə acılıb ALLAH. MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
08.10.2016