Sən fikir eləmə, gözəldir həyat, Nə qədər mən sağam, fikir eləmə. Bu gün yanındayam, sabah hardasa, Demə mən uzağam, fikir eləmə. Sən fikir eləmə, yeri qar alsa, Göyü bulud örtüb dumanlar alsa. Mən odam-ocağam, fikir eləmə, Yenə yanacağam fikir eləmə. Sən fikir eləmə heç vaxt dünyada, Mən getsəm, sən qalsan... ayağın altda Onda da torpağam, fikir eləmə, Orda da dayağam, fikir eləmə. Nəriman Həsənzadə