Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dostum

Dostum

Dostum



Hər nadan sözünə inanma, uyma,
Yaltağı, naqisi süfrənə qoyma,
Vəfalı sirdaşdan heç zaman doyma,
Doysan ürəyinə qəm düşər, dostum!

Bir ala gözlünün selində axsan,
Gələcək arzuna ötəri baxsan,
Bu cavan çağında çox zilə qalxsan
Sonradan könlünə bəm düşər, dostum!

Ölçüsüz bir xəncər sığarmı qına,
Səbirli ol, hər dostunu sən sına,
Dost yolunda gərək ürək də yana,
Köz üstə çaydana dəm düşər, dostum!

Şirin bir arzunun eşqinə düşsən,
Çirkin xəyallarla tez-tez görüşsən,
Sanki bu dünyada o günü heçsən,
Ağlar kirpiyinə nəm düşər, dostum!

Sevdiyin afətdən aralı qalsan,
Aylı gecələrdə xəyala dalsan,
Mələk kimi ürəyinə qəm salsan,
Onda saçlarına dən düşər, dostum












MeLeK от 26 sentyabr 2016 13:59
Şirin bir arzunun eşqinə düşsən,
Çirkin xəyallarla tez-tez görüşsən,
Sanki bu dünyada o günü heçsən,
Ağlar kirpiyinə nəm düşər, dostum!
Tesekkur gozel ser ucun...
--------------------
Xanimcik от 28 sentyabr 2016 00:35
gewenk weirdi tewekkruelr
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ