Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Mən nə biləydim ki

Mən nə biləydim ki

Mən nə biləydim ki




Mən nə biləydim ki,bu məhəbbətin
Bitəcək nə vaxtsa günün birində.
Mən nə bileydim ki, bir gün həsrətin
Acısın çəkəcəm doğma elimdə.


Mən nə biləydimki,uzaq olan kəs
Sinəmə dağ cəkib,dağ yaradacaq,
Mən nə biləydim ki,bir vaxt filankəs
Dediyim o adam qəlbim alaçaq.


Mən nə biləydim ki,olaram məhkum,
Bir baxış önündə ömürlük heyran.
Mən nə biləydim ki, sevgisiylə mum
Olaraq aləmə edərəm üsyan.


Mən nə biləydim ki,mənliyimi sən
Alıb özlüyündə saxlayacaqsan.
Mən nə biləydim ki,hardan gəlmisən,
Gəlib ürəyimdə dayanacaqsan .


Mən nə bileydim ki,bu eşqin odu
Yandırıb yaxacaq qəlbimi bir gün.
Mən nə biləydim ki,bir gün Seymuru
Edəcək büsbütün eşqinə sürgün.

***
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV











İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ