Bir qədəh sənsizlik doldur, sevgilim Xoşbəxt olaq deyə əzab ver mənə! Bir az sənsizliyi daddır, sevgilim, Sənli acılardan qurtulum deyə! Bir qədəh sənsizlik doldur, sevgilim Səninlə nə zaman gülə bildik ki? Sanma bu göz yaşı sondur, sevgilim, Nə zaman biz ayrı dözə bildik ki? Bir qədəh sənsizlik doldur, sevgilim Cismini uzaq et göz bəbəyimdən. Varlığın ki, mənə yaddır, sevgilim, Mən səni yaratdım fikirlərimdən! Bir qədəh sənsizlik doldur, sevgilim Düşün ki, xoşbəxtəm xəyallarımla! Tənhalıq elə bir yoldur, sevgilim, Ürəyim dost oldu acılarımla. Bir qədəh sənsizlik doldur, sevgilim, Bəlkə də həsrətin tərk etməz məni! Gedişin bir deyil, ondur sevgilim, Bu son gedişin də incitməz məni...! İslam Qədirli...