Yenə axşam çağı,düşdü yadıma,
Ötənlər kecənlər könlümə bir-bir.
Xəyalın yetişdi bir an dadıma,
Səndən vəfalıdır özü gəlifdir.
Bürüyüb ətrafı qəribə səslər,
Tamam başqadır cismimdə hisslər
Ay nuru altında yazdığım sözlər,
Şəmin işığında bax əylənibdir.
Hara baxıramsa orda sən varsan,
Ömrümə qeyibdən gələn qonaqsan,
Əgər insaf edib dinib danışsan,
Deyərəm arzulara gercəkləşibdir.
İşvəni cəkırəm nazın cəkərəm,
Çağırsan səsləsən O,an gələrəm,
Sönməzəm bil səni elə sevərəm ,
Belə eşq dünyada görünməyibdir.
Müəllif:SEYMUR SÖNMƏZ PAŞAYEV
instragram: Seymur_Sonmez