Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu sevgi deyilsə, söylə bəs nədir?

Bu sevgi deyilsə, söylə bəs nədir?

Bu sevgi deyilsə, söylə bəs nədir?


Həsrət ürəyimdə ömürlük əsir,
Bütün ümidləri kökündən kəsir.
Adın səslənəndə əllərim əsir,
Bu sevgi deyilsə, söylə bəs nədir?

Sənin sözlərində yaşadım,sənin!
Ayaq izlərində yaşadım sənin,
Köçüb gözlərində yaşadım sənin,
Bu sevgi deyilsə, söylə bəs nədir?

Həsrət ürəyimdə çəkilməz yükdü,
Bu yükü daşımaq belimi bükdü.
Sənə məhəbbətim məndən böyükdü,
Bu sevgi deyilsə, söylə bəs nədir?

Ayrılıq qoxusun duysam da sonda,
Bu hiss hökm eləyir insana canda,
Bir sual yaranır elə bu anda,
Bu sevgi deyilsə, söylə bəs nədir?

Sənin yollarında yolumu azdım,
Qəlbimlə kəsdiyim əhdimi pozdum,
Bu gecə səninçün bir şeir yazdım,
"Bu sevgi deyilsə, söylə bəs nədir?"








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ