Tək qalmaq istəyirəm İnsanlardan uzaqda. Ya dəniz qırağında, Ya da bomboş otaqda. Bezmişəm boş həyatdan, Boş otaq istəyirəm. Yuxum gəlmir bu yerdə, Daş yataq istəyirəm.. Tək qalmaq istəyirəm Deyirik, hərdən-hərdən. Bütün bu gözəlliyi Söyürük, hərdən-hərdən. Yenə nəsə çatışmır, Düzü bilmirəm nədi. Bəlkə yaşamaq üçün, Ölüm bir bəhanədir ?!