Məni dindirməyin, deyə bilmirəm
Sözüm ürəyimin xətrinə dəyir
Deyirəm çətindi onsuz yaşamaq
Sözüm ürəyimin xətrinə dəyir
Mən necə ağlayım, gözüm məhvidi
O getdi vidalı könül əhvidi
Bəlkə də qismətdi, bəlkə səhvidi
Sözüm ürəyimin xətrinə dəyir
Ömür yıxdığını çətin ki, tikə
Məni dindirməyin susaram bəlkə
Bu ürək bu həsrət məndən əl çəkə
Sözüm ürəyimin xətrinə dəyir
Sevdiyi atəşdə, yanar pərvanə
Düçardan, naçara bir ömür yolu
Özü Divanədir, eşqi divanə!
Sözüm ürəyimin xətrinə dəyir