Gedəcəm nə izim,nə toz qalacaq, Alacaq canları alan O,fələk. Gözlərin yaşarıb gözün dolacaq, Elə baxacaqsan mənə yadlar tək . Röyana gələcəm bir qonaq kimi, Olacam dünyanın bir yad sakini. Duya bilmiyəsən hecdə səsimi, Elə baxacaqsan mənə yadlar tək . Sevgim bölünəçək yarıya tənə, Fikirimlə dalasan xəyala yenə, Rəsimim nəsədə deyəcək sənə, Elə baxaçaqsan mənə yadlar tək. Nə sevgin qalacaq,nədə nifrətin, Bilə bilmiyəsən nədir istəyin. Ötürüb köksünü,anar ürəyin, Elə baxacaqsan mənə yadlar tək. MÜƏLLİF: SEYMUR SÖNMƏZ PAŞAYEV