Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bilmədim

Bilmədim

Bilmədim


Baxışım qoy sənə hədiyə olsun,
Başqa şey hədiyə edə bilmədim.
Könlün həsrət ilə çağlasın vursun,
Bağışla yanına gələ bilmədim

Fikirim dolaşır ,gəzir səninlə,
Həsrət nəğməsinə qulaq as dinlə,
Bəzən aşikarə bəzən gizlində,
Dinmək istəyirdim dinə bilmədim .

Məhəbbət sacıma salaraq dəni,
Rastıma cıxartdı sən adlı səni,
Niynirəm yad olan başqa özgəni,
Adını qəlbimdən silə bilmədim .

Yazdım hər sətirə səndən xəbərsiz,
Cismimə salmısan əbədilik iz,
Deyirəm arada,yaşaram səsiz,
Amma ki, bir anda qala bilmədim...

MÜƏLLİF: SEYMUR SÖNMƏZ PAŞAYEV











MeLeK от 7 avqust 2016 11:59
Maraqli ve menali ser ucun tesekkurler...ugurlariviz davamli olsun..amin..
--------------------
Elizade от 7 avqust 2016 12:45
Yazdım hər sətirə səndən xəbərsiz,
Cismimə salmısan əbədilik iz,
Deyirəm arada,yaşaram səsiz,
Amma ki, bir anda qala bilmədim...



Gözəl Sözləri Var...
MIRSEMID от 7 avqust 2016 13:44
ELA IDI SAQ OL DAVAMI OLSUN
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ