Bir gecə köz kimi düşdün könlümə Açılan sabahım, danım necesən? Niyə qərib etdin məni ömrünə Can içrə can olan, canım necəsən? Günəşə zülm etdin gecələrə qəsd Çəkdin aramıza yenilməyən sədd Məni dinləmədin eyləmədin cəhd Keçməyən, ötməyən anım necəsən? Hər insan üzündən gözündən baxan Qəm eşqi qəlbimdə yandırıb yaxan Ürəyim içində od kimi axan Damarda qövr edən qanım necəsən? Sən mənim öz yurdum, sevda məhbəsim Sözümlə qəmləndi qəlbi hər kəsin Mən səni oxudum kövrəldi səsim Söhbətim, şöhrətim, şanım necəsən? Divanə könlümün nərdi dözümü Hicrin yalan etməz sevda sözümü Bir dillən bir danış mən də özümü, Dünyanın xoşbəxti sanım,necəsən? DİVANƏ...