Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Məhkum

Məhkum

Məhkum


Düşüb bu şəhərin hər tin-dalanna
Inan ki, mən səni gəzə bilərəm
Baxmaram ömrümün geri qalanna
Məhşər gününəcən sevə bilərəm...

Mənimki elə eşq, elə sevda ki,
Kəlmələr imkansız başa salmağa
Aşiqəm, məkanım yoxdur inan ki,
Ev - eşik bilmirəm, yatıb -qalmağa....

Demirəm Məcnunam eşqindən sənin
Çöllərə düşməyim imkansız mənim
Mən elə Əhədəm eşqindən sənin
Dörd dövrə vururam dövrəndə sənin...

Sən isə görmürsən, tutulub gözün
Məni də kor etdin , niyə bilmirəm
Ürəyim azmış ki, tutmusan gözüm
Səndən özgə birin görə bilmirəm..

Bilmirəm bu eşqlə necə edəcəm
Cəsarət yox məndə, gümanım da yox.
Deyəsən şeirlər tək həsr edəcəm
Hələ ki, özgə bir çarəm də ki, yox...

Əhədəm, eşqimi qəlbdə çəkərəm
Istəməm üzülüb ağlayasan sən.
Bu üzdən eşqimi heç bildirmərəm.
Eşqimi vərəğə danışaram mən.

Bu şeri oxusan bunu anla ki,
Bu ürək hər daim məxsusdu sənə.
Yadında bunu da yaxşı saxla ki,
Bu Əhəd ömürlük məhkumdu sənə...
ƏHƏD ƏHƏDLİ...









Xanimcik от 4 avqust 2016 13:40
gozel weirdi tewekkurer
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ