Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bilməzsən...

Bilməzsən...

Bilməzsən...


Səsin yuxularda gəzir dolaşır,
Sözün arzularda yanır alışır,
Solan çiçəklərlə bahar barışır,
Yenidən yenidən əkə bilməzsən...

Ürəyimi qovub getmək istəsən,
Gözlərimi ovub getmək istəsən,
Bir səni danışan baxışlarımı,
Üzündən gözündən sökə bilməzsən...

Soyuq gecələrə od sala bildin,
De necə etinasız sən qala bildin,
Bax elə zirvədə yer ala bildin,
Dünya viran qalar, çökə bilməzsən...

Susub arzulara divan eyləmə,
Səni sətir sətir şeir yazaram,
Uçurub könlümü viran eyləmə,
Qorxuram sonradan tikə bilməzsən...

Divanə eşq ilə bir yuva qurdum,
Sənsizlik önündə nər oldum durdum,
Köksümə o qədər dərd yığasan ki,
Sən mənim dizimi bükə bilməzsən...
DİVANƏ...









ORXAN от 2 avqust 2016 18:43
Ürəyimi qovub getmək istəsən,
Gözlərimi ovub getmək istəsən,
Bir səni danışan baxışlarımı,
Üzündən gözündən sökə bilməzsən

qesey yazibsan cox sagol ))))
Xanimcik от 3 avqust 2016 15:43
gozel weirdi tewekkurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ