Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Geçədə-gündüzdə şükr edər Sönməz.

Geçədə-gündüzdə şükr edər Sönməz.

Geçədə-gündüzdə şükr edər Sönməz.


Hamı məhəbbətdən danışır ancaq,
Eşq məşhur olubdur yalnızça dildə.
Nadanlar əlində olub oyunçaq,
Sevirəm kəlməsi qalıb nə gündə.

Ürəklər bənzəyir acıq meydana,
Nə qapısı vardır, nə pəncərəsi.
Qəribə gəlir bəzən insana,
Yoxdurmu görəsən heç düşüncəsi .


Nə bilim qəribə zamana gəldik,
Gör dünya kimlərin əlində qaldı.
Bir vaxt meşələrdə xəyal edərdik,
Caqqallar şəhərə köcüb yurd saldı

Sevgini pul ilə varda görənlər,
Sonu civi boş, şalvara bənzər.
Əsil məhəbbəti bilir sevənlər,
Əvvəli axırı cənnətə bənzər.


İLahi nəsib et,bizə öz eşqin,
Sənin eşqin kimi eşq ola bilməz.
Qoy elə bu olsun təkcə sərvətim,
Geçədə-gündüzdə şükr edər Sönməz.

MÜƏLLİF:SEYMUR SÖNMƏZ

İNSTRAGRAM: Seymur_Sonmez








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ