Özün de heç,belə sevgi olarmı,
Dilindən əksilmir məzəmmət-qınaq.
Özgə bir istəyin,bəhanən varmı,
Olub kecənləri yuxumu sanaq.?
Bu eşqi təzədən yaşatmaq çətin,
Onsuzda bilirəm yol üstündəsən.
Qədrini bilmədin saf məhəbbətin,
Kiminsə sözünə aldandınmı sən.?
Bəlkə gördüyümüz yuxudur elə,
Demirəm təzədən kükrəyib daşaq.
Bəlkə ayrılmağın vaxtı çatıbdır,
Əgər belədirsə gəl vidalaşaq.
Gedirsən yaxşı yol,bu da axır-son,
Sənin istəyini anlamaq çətin.
De neçə saxlayım səni yolundan,
Üzü dönübdürsə bu məhəbbətin..
Həvəsin yoxdursa nə danış,nə din,
Neynirəm anbaan yadlaşan səsi.?
Amma unutmaki ölən bu eşqin,
Susub ayrılmaqdır son nişanəsi..
Çox yerdə adımla rastlaşacaqsan,
Özümdən nişanə qalmayacaqdır,
Düşün yaxşı yaxşı,bir qərara gəl,
Vallah sonrasıda geç olacaqdır.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ
instragram@ Seymur_Sonmez