Mənim məhəbbətdən şikayetim var
Eşq əhli halımı sormayın daha,
Sevgimin vüsalı həsrətdən baha,
Əl acdım,söylədim birtək Allaha
Mənim məhəbbətdən şikayətim var..
Ağrısı açısı qəlbimdə qalıb,
O, zalım balası ağlımı alıb,
Könlümün rəngidə solub saralıb,
Mənim məhəbbətdən şikayətim var..
Hicranı bənzəyir yağmur yağışa,
Eşqim cevrilibdir covğunlu qışa,
Düşmüşəm carəsiz bü cür təlaşa
Mənim məhəbbətdən şikayetim var..
Sevgimi bölmüşəm ikiyə təmiz,
Anlamaq vallahi qəlizdən qəliz,
Salıbdır könlümə silinməyən iz,
Mənim məhəbbətdən şikayətim var...
Təklifim sevməkdir axır qanımda,
Onun varlığıda hər an canımda,
Soruşsan deyərdim hər cavabında,
Mənim məhəbbətdən şikayətim var..
Sönməzin sevgidir dövləti varı,
Sadiqdir eşqinə unutmaz yarı,
Yazdım sətirlərə bu misraları ,
Mənim məhəbbətdən şikayətim var..
Müəllif: SEYMUR SÖNMƏZ