Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bir iman yeri var min güman yeri

Bir iman yeri var min güman yeri

Bir iman yeri var min güman yeri

Bir iman yeri var, min güman yeri,
İman olmayanda güman min olar.
İmanı qəlbinə çıraq eləsən,

Dünya qəmlərinə məlhəmin olar.


Halal qazancına haram qatmasan,
Kasıbı, fağırı heç unutmasan;
Özgənin haqqına əl uzatmasan,

Sənin HAQQ yanında aləmin olar.


Bəd dua eləmə bir kimə heç vaxt,
Kor şeytan önündə dayanıb sərvaxt;
Uğursuz yollara çıxma baxta-baxt,

Bu yolda çox dərdin, çox qəmin olar.


Yaxşıya yaxşı de, pisə pis demə,
Xeyir söyləyən ol, heç vaxt nəhs demə,
Bir kimə Xudadan ziyan istəmə,

Sənə də istəyən bir kimin olar.


Vahid, pozulmasın əhdin, ilqarın,
On dörd məsum olsun sevgili yarın;
Yapış ətəyindən Pərvərdigarın,

Məhşərdə əlində bir şəmin olar



Müəlif:Vahid Çəmənli









SENINEM от 14 iyul 2016 16:16
Bəd dua eləmə bir kimə heç vaxt,
Kor şeytan önündə dayanıb sərvaxt;
Uğursuz yollara çıxma baxta-baxt,
Bu yolda çox dərdin, çox qəmin olar.

COXXX GOZELDI CANIM TEWEKKURLER XEBER UCUN wink
--------------------
yoxduu
Prinsesa от 16 iyul 2016 21:49
Bəyəndim çox sağolun)
Vahid Çəmənli от 6 may 2017 08:55
Təssüf ki, şerin müəllifini qeyd etməmisimiz.
Xatırladım ki, şerin müəllifi Vahid Çəmənlidir
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ