Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Tənhalıq bədbəxtliyin kar qarşılığıdır.

Tənhalıq bədbəxtliyin kar qarşılığıdır.

Tənhalıq bədbəxtliyin kar qarşılığıdır.




Nişan üzüyünə sabunun dolmasından ötrü darıxmaqdır tənhalıq,
Tənhalıq sevgi məktubundan düzəltdiyin gəmidir,
Tənhalıq mobil operator mesajları,
Tənhalıq sevginin ateizmidir,
Sual işarəsiylə toplanan adındır tənhalıq,
Çobanyastığı falında sevgisini itirmiş dul qadındır tənhalıq.

Tənhalıq çətirin altındakı birnəfərlik boş yerə "sərnişin" dilənməkdir,
Çaydanın buxarında kişi hənirtisi axtarmaqdır tənhalıq,
Gecələr yastığına qadın ətri vurub yatmaqdır tənhalıq,
Tənhalıq sığınmağa otağın künc-qucağıdır,
Tənhalıq bədbəxtliyin kar qarşılığıdır.

Tənhalıq otaqlardan uzaqlara var-gəl etməkdən,
Varlığını və gələcəyini unutmaqdır.
Dayanıb bir binanın damından,
Ömrü itələyib yerə atmaqdır.

Tənhalıq tək yatmağa,
İki nəfərlik yataqlardır,
İki nəfərlik adamlardır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ