Biruzə verirdim səssizliyimi,
Cünki istəmədim gedə xoşbəxtlik.
Apardın özünlə xoşbəxtliyimi,
İndi nə sən varsan nə də xoşbəxtlik.
Səhvlərə göz yumub, dözdüm hər şeyə,
Bilərsən qədrimi tənha qalınca.
Sən məni üzündən küsdürdün deyə,
Kölgən də inciyib gəlmir dalınca.
Mən səni bir daha sevə bilmərəm,
Onsuz da bu sevgim saraldı, soldu.
Bizim sevgimizlə yanan günəş də,
Indi buludların dustagı oldu.
Xəyanət, aldatmaq yaraşmır sənə,
Sənə nə yaraşmır onu edirsən.
Sevirəm deyəndə xeyli düşündün,
Indi düşünmədən cıxıb gedirsən.
Səni bagışlamaq? Güldürmə məni,
Əbədi ox sancdın qəlbimə mənim.
Üzgün baxışlarla öldürmə məni,
Kəsilmə bu cavan ömrümə qənim.
Xəyallar arxamca gələn kölgədir,
Sənli xatirələr olmazdı gərək.
Sənin həsrətindən durmaq üzrədi,
Sənin həsrətinlə döyünən ürək.
Nifrətlə ayrılıb tərk edib gətdin,
Sən gedən saatdan qalmışam yalqız.
Gülüm, bu həyatdan nədir ki fərqin?
Həyat da vəfasız sən də vəfasız.
Bilməzdim bir zaman göz yaşı kimi,
Bir anda gözümdən düşüb enərsən
Nə sən əvvəlkisən,nə mən əvvəlki,
Düşünmə bagışla deyib dönərsən.