Gəl, gedək dənizə ikimiz birgə,
Duyaq dalğaların coşmasını bir.
Seyredək dalğalı ləpələrini,
Kənardan kükrəyib daşmasını bir.
Baxsın gözlərimiz gözə arada,
Qalaq saatlarla qoşa orada.
Tutaq əlimizi sıxaq sonra da,
Hiss edək qəlblərin vurmasını bir..
Saatdan olmasın hec xəbərimiz,
Qum üstdə ad yazaq qalsın bizdən iz,
Baxsın eşqimizə O,susqun dəniz
Fors edək, naz ataq ədasını bir ...
Cıxmayaq şəhərə yaxşıdır bura,
Ayrılıb getsəkdə hayana hara,
Bir busə pay elə hərdən Seymura,
Hifz edək bu anın dadmasını bir..
Müəllif: SEYMUR SÖNMƏZ