Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu axşam cağında nə deyim sənə ...

Bu axşam cağında nə deyim sənə ...

Bu axşam cağında nə deyim sənə ...


Nədənsə gözlərim dolubdur yaman,
Yorğunam olmuşam halı pərişan,
Fikirlərlə birgə göydə sayrışan ,
Bu axşam cağında nə deyim sənə....

Suruşma halımı bir himə bəndəm,
Saçıma düşübdür ağ bəyaz dən-dən
Oda ola bilmir dərdimə həmdəm
Bu axşam cağında nə deyim sənə ...

Günəşim saçmayır şəfəqin nurun,
Məni özümdən yox kimsədən sorun,
Cəkməkdən yoruldum həsrətin yolun
Bu axşam cağında nə deyim sənə..

Yaşım yaşdan kecib o yaşım deyil,
Huşumda qalmayıb o,başım deyil,
Könlümdə nə qədər vardı gileyim,
Bu axşam cağında nə deyim daha..

Seymuram yoruldum olub ötəndən,
Məni atdım-atdım izləyən qəmdən,
Xüdaya şükr etdim hər qismətimdən
Bu axşam cağında nə deyim daha ..

Müəllif: SEYMUR SÖNMƏZ








asif.abasov от 17 iyun 2016 13:23
Qewey weirdi lezet eledi.cox saol xebere gore
SENINEM от 17 iyun 2016 15:34
maraqlidi mence bu seir vefasizlara aiddi
--------------------
yoxduu
Sadiqov от 27 avqust 2016 15:12
Seire soz ola bilmez gozledir cox sagol
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ