Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dusun,anla,sus

Dusun,anla,sus

Dusun,anla,sus



Düşün....Düşünmədən ki, səni düşünürlərmi?
Anla....Anlamadan ki,niyə anlaşılmırsan?
Sus....Danışmadan ki, niyə eşidilmirəm?

Düşün, anla, sus
Dinlə...Duyaraq ki, səssizlik bir musiqidir....
İzlə...Yazmadan ki, haqsızlıqdır bu...
Gizlə...Bilməyərək ki, sirrdir hiss etdiklərin....

Ağlama...Gülüşlərin qısadır deyə....
Çözülmə...Təklik həmişəlikdir deyə...
Təəssüflənmə...Zövqlər müxtəlif yox cılızdır deyə...

Düşün, anla, sus
Dünən “Zaman carədir”....
Bu gün “Keçmiş olsun”...
Sabah “Unudulacaq”dediklərin
Dünən də, Bu gün də,Sabah da var olacaqlardır.....


Xatırla ki, hər şeyin yaddaşı var....
Hər orqanınız şahidinizdir sizin....
Dinlədikcə musiqi....
Oxuduqca əsərləri....
Duyduqca ətirləri....


Düşün, anla, sus
Kimlərisə,nələrisə xatırlayacaqsan.....
Hiss edəcəksən Unudulmur....
Heç nə, nə yaxşılıqlar, nə pisliklər....
Çalışaq pisliklər içində xatırlanmayaq.
Sizə tam səmimi etiraf etməyinizi istədiyim bir sualım olacaq.....
Etdiyiniz ən unudulmaz pislik və yaxşılıq nə olub???
Bəlkə də bilməyərək etdiyiniz pislik olubmu?
.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ