Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Səndən vəfalıdı, mənə həsrətin

Səndən vəfalıdı, mənə həsrətin

Səndən vəfalıdı, mənə həsrətin





Həsrət dəryasında tənha sonayam,
Ömūr adlı yolun, ayağındayam.
Payız dumanına dūşən durnayam,
Sonsuz səmaların sorağındayam.

Bilinmir zamanım, təklik yoldaşım,
Xəyalım gecədən sūbhə yol çəkir.
Ulduz yağışına dönūb göz yaşım,
Tablamır ahıma, Göy ūzū çökūr.

Baxışın ūzūmdə yumur telimi,
Əlim vūsalına yetişər çətin.
Elə sevda ilə qucub belimi,
Səndən vəfalıdı, mənə həsrətin.

Sınır xəyallarım gūndə min kərə,
Sevdalı könlūmū, qəmlə didən, gəl!
Tökūrəm dərdimi ağ vərəqlərə,
Bu sakit könlūmū, ay incidən, gəl!

Sən gəlsən, gözūmdə açar çiçəklər,
Hicran geri durar, ayrılıq bitər.
Elə sevinər ki, göydə mələklər,
Bu dəli könlūmūn, gūnahı itər!


Müəllif Dəstəgül Zamanlı








Xanimcik от 4 iyun 2016 19:18
gesnek weirdi tewekurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ