Göz yaşını axıtmağa dəyərmi , Sonunda bir güləcəyi yoxdusa . Hər görüşə sevgi demə əzizim , Əgər onun gələcəyi yoxdusa . Sevgi yoxsa ürək quru qəfəsdi , Kor ümüdə nə qərəzi , nə qəsdi ? Min yol geri çağırmağın əbəsdi, Əgər geri dönəcəyi yoxdusa . Hər kül altda gizlənənə köz demə , Hər xatirə qırığına iz demə , Hər ürəkdən kövrək nəğmə gözləmə, Sarı simdə dinəcəyi yoxdusa . Oda salsan buz bağlayıb donacaq , Əldən uçdu , yad budağa qonacaq , Könül versən nə qiymətə alacaq ? Könül qədri biləcəyi yoxdusa . Ucaltdığın kiçiləndə görərsən , Əriyərsən gözün görə - görə sən, Süfrəsinə nə qoyacaq görəsən, Səndən tikə böləcəyi yoxdusa . Demə mənə nələr gəlir ağlıma, Vay onda ki,qara səndən ağ uma, Ürəksizə ürək verib ağlama , Bir gün sənsiz öləcəyi yoxdusa..!