Məcnun hayanlarda qaldın axı sən,
Keşkə bu halları özün görəsən
Məhəbbət nə günə, qalıb bir bilsən
Hamı sevgidən yazır eşq məşhur olub..
Nadanlar əlində sevgi bir oyun,
Başa düşməyir ki O,əyyaş qoyun
Soyun beləsinin dərisin soyun,
Eşqdən xəbəri yox,eşqdən dən vurub..
Gör kimlər nə cəkdi,bir səhf üzündən,
Aldandı əyyaşa yalan sözündən,
Soruşsan and aman,iman düzündən,
Danışar hoqqabaz,hoqqapaz qurub....
Əlacı olsaydı bunların ALLAH,
Cıxardıb bazarda satardı vallah
Eşqi manatlara bölərək alcaq
Topdan parakəndə qiymətlər qoyub...
Rəbbim uzaq eylə pisdən yaxşını,
Sən özün qoymusan dünya naxşını,
Bir Nuhun gəmisin yetir hamısını,
Elə bircədəfəlik aparsın yuyub....
Seymur əbəs yerə danışmaz sözü
Nələrə şahiddir dünyada gözü,
İndi qınayacaq oxuyub yüzü
Nahaqqın dilində sözlər söz olub...
MÜƏLLİF :SEYMUR SÖNMƏZ