Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
SÖYLƏ  VARMI  BELƏ  SEVGİ

SÖYLƏ VARMI BELƏ SEVGİ

SÖYLƏ  VARMI  BELƏ  SEVGİ


SÖYLƏ VARMI BELƏ SEVGİ

Məhəbbətim sönməz məşəl,yanır-yanir alovlanır ,
Fikirlərim dinməz xəyal sən hardasan orda olur ,
Ürəyimsə uca dağdır,döyündükcə səni anır ,
Sevgimə bax əl çatmazdır,söylə varmı belə sevgi ...?


Məcnun məndən geri qalıb,bu sevdanın yollarında
Xüsusi bir yerin vardı sənin mənim həyatımda,
Səni sevirəm bu sözləri hey deyəcəm son anımda,
Çünki eşqim tükənməzdir söylə varmı belə sevgi ...?


Nöqsan gəzmə gülüm məndə düz olubdu əhdim hər an
Baxma mənə sən kənardan,yadlar təki gözəl canan,
Lap yolunda bu canımı bil verərəm sənə qurban ,
Sevgimə bax əl çatmazdı söylə varmı belə sevgi ...?

MÜƏLLİF : SEYMUR SÖNMƏZ








MeLeK от 24 sentyabr 2016 11:55
Cox tesekkurler maraqli paylasim ucun...minnetdaram...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ