Demə günahım yox günahın coxdur
Yamandır ayrılıq dəmi gələndə
Könül rübabıda qəlbdən dinəndə
Vicdanın nə dedi cıxıb gedəndə
Söylə,susmağının faydası yoxdur,
Demə günahım yox günahın coxdur..
Səndən mənliyimdə küsübdür artıq,
Bəzən həsrət dolu od tutub yandıq,
Deyirsən axı biz niyə ayrıldıq,
Cünki qalmağımızın faydası yoxdur,
Demə günahım yox günahın coxdur ..
Arzular əl catmaz ulduza bənzər,
Sənli xatirələr hər biran inlər,
Keçsədə nə qədər aylar fəsillər
Geri qayıtmağın faydası yoxdur,
Demə günahım yox günahın coxdur...
MÜƏLLİF :SEYMUR SÖNMƏZ
27.03.2016