Sən bir mələksən cıxdın qarşıma
Keşkə cıxmayaydın cıxdığın zaman
Elə baxmısan ki,baxış bir yana
Apardın ağlımı getdiyin zaman
Qalıbdı fikirim xəyalım səndə
Bilmirəm nə edim sənsiz bu yerdə
Camalın gözümün önünə gələndə
Əriyir varlığım andığım zaman...
Bu təsadüf nədir bilmirəm axı
Odlanır həsrətdən qəlbimin başı
Unudmaq günahdı o,gözü qaşı
Sənli xatirəni sandığım zaman...
Bir qürbət el oldu tanışlığımız
Sitəmli gün oldu ayrıldığımız
Nə gözəl an idi baxışdığımız
Pünhanca arabir baxdığın zaman..
İndi həsrət dolu gözlərəm yolun
Yadaki bir adi zəngini sənin
Keşkə olmayaydı hec sonu bunun
Sağol salamat qal,dediyin zaman..
MÜƏLLİF:
SEYMUR SÖNMƏZ