Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ya Rəbbim özün qoru yaxşıları pislərdən

Ya Rəbbim özün qoru yaxşıları pislərdən

Ya Rəbbim özün qoru yaxşıları pislərdən


Kimi artist rolunda kimisidə mügənni
Kimisi dramatik rol kimisi optimenni
Bu sözlərin yiyəsi götürəcək imenni
Öz payını yazılmış misralardan sözlərdən
Ya Rəbbim özün qoru yaxşıları pislərdən

Dünya sınaq yalanın axırı yoxdu həyatda
Yaxşı insan odurki yaxşı tək qalsın yadda
Əyrinin mayasında haram olub o vaxta
Aram aram tökülər axan yaşlar gözlərdən
Ya Rəbbim özün qoru yaxşıları pislərdən

Nahaq haqqı əzibdir ədalət parcalanıb
Sehribazlar coxalıb finqacuqlar ad alıb
Yazıq kasıb yer eşib dırnağıyla iz salıb
Varlı isə zövq alır araq kanyaq efesdən
Ya Rəbbim özün qoru yaxşıları pislərdən

Sevənlər ucuzlaşıb sevirəm sözləriylə
Mecnunlar coxalıbdı saxtalıqla eşq ilə
Necə yerdə vəd verib and ilə, əhdi iylə
İmanına göz yumub dən vururlar qismətdən
Ya Rəbbim özün qoru yaxşıları pislərdən

Eh a dünya meşəndə caqqallar hey coxalır
Yazıq Pələng tülküyə can dərdi möhtac qalır
Gün kecdikcə nə qədər dovşanların ucalır
Seymur cox yazma belə səni asarlar sözdən
Ya Rəbbim özün qoru yaxşıları pislərdən

MÜƏLLİF : SEYMUR SÖNMƏZ








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ