Dünyanın nəyi var ondan küsüsəsən ?
Bu dünya beləcə gedəcək dostum !
Deməkdən bezmisən , beləcə sus sən
Susmsq qızıl olub o vaxtdan dostum !
Bu gün bir cür deyir, sabah başqasın,
Bu gün bir sifətdir, sabah başqası.
Kimə üz tutasan doğru aşılasın ,
Bu dünya beləcə yaranıb dostum ?
Nə qədər desən də fərqi nədir ki,
Kiminə milyonlar indi nədir ki .
Kimisi pul tapmır dərdi nədir ki ..,
Bir babad dolanmaq dərdidir dostum !
Arzu var çatarsan sən yetişərsən,
Arzu var birbabad sən ötüşərsən,
Arzu var onunla sən görüşərsən ,
Keçmiş ayrılığa son qoyar dostum.!
Küsməkdən keçibdir bizim dünyadan ,
Nə aldın nə qoydun sənin dünyadan !
Bir tük də qoparsan kalan dünyadan,
O sənin sərvətin halaldır dostum !
Halala-harama baxıb beləcə ,
Gördün ki , fağırsan artıq beləcə !
Dünyadan küsməyi tərgit beləcə,
Bu dünya beləcə gedəcək dostum