Yazdım dönə-dönə namələr sənə
Söylədim toxunma kövrək qəlbimə
Son dəfə gələndə görüş yerinə
Baxaraq həsrətlə sənin üzünə
Dedim bircə dəfə ümüd ver mənə
Susub dinməyərək süzgün baxışla
Daldım xəyallara yağan yağışla,
İncə səsinlə sən,dedin bağışla,
Tərk edib məni sən cıxıb gedəndə
Dedim bircə dəfə ümüd ver mənə
Dedim vüsalımsan arzumsan mənim
Sənindir bu sevən,qəlbim ürəyim
Söylə deginən,sənsiz neyləyim,
Bağlıdır məhəbbət bu eşqim sənə
Dedim bircə dəfə ümüd ver mənə
MÜƏLLİF : SEYMUR SÖNMƏZ
28.04.2005