Ay mənim məhəbbətim
Sən göylərdə bir günəş şəfəq sacan nurumsan,
Sən xəyalda canlanan,unudulmaz duyğusan
Sən bilmirəm necisən, məni məndən almısan,
Söylə harda qalmısan ? budurmu sevgin sənin.
Ay mənim məhəbbətim ….
Məndə bir sən yaşayır,dolanır ürəyimdə,
Arzularım lap coxdu sən adlı diləyimdə ,
Nəsə başqa oluram ,danışıb görməyəndə,
Varlığımda bitmisən,?qızıl gültək acmısan,
Söylə harda qalmısan? Budurmu sevgin sənin,
Ay mənim məhəbbətim …
Sözlər tükənməz bitməz,sözlərdə sən yaşayır,
Qəlbim hicranın cəkir,həsrət yandırır yaxır,
Aşiqin vusal dolu səs salıb soraqlayır,
Söylə harda qalmısan,?intizarda qoymusan,
Ay mənimməhəbbətim...
MÜƏLLİF: SEYMUR SÖNMƏZ